Xəzər Xəbər

Rusiyanı Avroviziya-2021 mahnı müsabiqəsində Manizha təmsil edəcək

Şou Biznes | 09:24 • 9 Mart 2021
Rusiyanı Avroviziya-2021 mahnı müsabiqəsində Manizha təmsil edəcək

Avroviziya-2021 mahnı müsabiqəsində Rusiyanı müğənni Manizha təmsil edəcək.

Yerli media xəbər verir ki, ifaçı “Russian woman” mahnısını səsləndirəcək.

Avroviziya iştirakçısının xüsusi şouda səsvermə yolu ilə müəyyənləşdirildiyi deyilir. İddiaçılar arasında Manizha, #2Mashi və Therr Maitz yer alıb.

Bundan əvvəl Rusiyanı “Eurovision-2020”də təmsil etməli olan “Little Big” qrupu builki milli seçim turuna qatılmaqdan imtina etmişdi.

Avroviziya-2021 18-22 may tarixlərində Rotterdamdakı Ahoy arenasında keçiriləcək və 41 ölkədən ifaçılar iştirak edəcəklər. Təşkilatçıların sözlərinə görə, müsabiqə oflayn-formatda keçiriləcək, ancaq nümayəndə heyətlərinin tərkibi və jurnalistlərin sayı azaldılacaq. Tamaşaçıların da qatılıb-qatılmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, ötən il Avroviziya müsabiqəsi koronavirus pandemiyası səbəbindən ləğv edilmişdi.

Xəbər lenti