Xəzər Xəbər

180 milyon üçün ərindən boşandı

Müğənni Adel həyat yoldaşı Simon Koneklə rəsmi olaraq boşanıb.
Şou Biznes | 14:21 • 5 Mart 2021
180 milyon üçün ərindən boşandı

Müğənni Adel həyat yoldaşı Simon Koneklə rəsmi olaraq boşanıb.

XəzərXəbər axşam.az-a istinadən bildirir ki, 32 yaşlı sənətçi uzun müddətdir əri ilə ayrı yaşasa da, 180 milyon dollarlıq sərvəti bölmək üçün 2019-cu ilin aprelindən məhkəməyə müraciət edib.

Angelo adlı oğulu olan cütlük ötən gün baş tutan məhkəmədə rəsmi şəkildə yollarını ayırıb. Onlar ayrılıq səbəbi kimi artıq yola getmədiklərini, bu səbəblə də boşanmaq istədiklərini bildiriblər.

Qeyd edək ki, Adellə Simon 2012-ci ildə gizli şəkildə evləniblər. Müğənni ailə həyatı qurduğunu 2017-ci ildə keçirilən  "Grammy" musiqi mükafatlarının təqdimat mərasimində təsdiqləyib.

Xəbər lenti