Xəzər Xəbər

“Qızıl Qlobus” aylar sonra qadağalarla baş tutdu - Qaliblərin siyahısı

Pandemiya səbəbilə iki aydır təxirə salınan mərasim çox az sayda məşhurun iştirakı ilə keçirilib.
Şou Biznes | 15:19 • 1 Mart 2021
“Qızıl Qlobus” aylar sonra qadağalarla baş tutdu - Qaliblərin siyahısı

Hollivud cəmiyyəti tərəfindən 1944-cü ildən etibarən təqdim edilən "Qızıl Qlobus" kino mükafatı tədbiri baş tutub.

XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, pandemiya səbəbilə iki aydır təxirə salınan mərasim çox az sayda məşhurun iştirakı ilə keçirilib.

Məhdudiyyətlər və virusa qarşı ciddi təhlükəsizlik tədbirləri altında reallaşan gecəyə bir çox məşhur evlərindən onlayn şəkildə qatılıb.

Tədbir Nyu-York və Los-Ancelesdən canlı yayımlanıb, aparıcıları Tina Fey və Amy Pohler olub.

"The Crown" serialının iki gənc ulduzu Emma Korrin və Joş O'Konnor mükafata layiq görülüb. Həmçinin sözügedən ekran işi dram janrında ən yaxşı serial seçilib.

Həmin layihədə Marqaret Tetçeri canlandıran Cillian Anderson dram janrında ən yaxşı aktrisa nominasiyasında qalib olub.

Digər qaliblər:

Kino sahəsində ən yaxşı köməkçi aktyor: Daniel Kaluuya (Judas and the Black Messiah)

TV serialı sahəsində ən yaxşı köməkçi aktyor: John Boyega (Small Axe)

Ən yaxşı animasiya: Soul

Musiqi sahəsində ən yaxşı aktrisa: Catherine O'Hara (Schitt's Creek) 

Mini serial sahəsində ən yaxşı aktrisa: Mark Ruffalo (I Know This Much Is True)

Kino sahəsində ən yaxşı ssenari: Aaron Sorkin (The Trial of the Chicago)

Dram janrında ən yaxşı aktrisa: Emma Corrin (The Crown)

Ən yaxşı original mahnı: "Io Si (The Life Ahead)

Kino sahəsində ən yaxşı musiqi: Soul

Komediya sahəsində ən yaxşı aktyor: Jason Sudeikis (Ted Lasso)

Ən yaxşı komediya serialı: Schitt's Creek 

Komediya sahəsində ən yaxşı aktrisa: Rosamund Pike (I Care a Lot) 

Dram janrında ən yaxşı aktyor: Josh O'Connor (The Crown)

Xarici dildə ən yaxşı film: Minari (Rejissor: Lee Isaac Chung)

Dram janrında ən yaxşı serial: The Crown 

Kino sahəsində ən yaxşı köməkçi aktrisa: Jodie Foster (The Mauritanian)

TV serialı sahəsində ən yaxşı köməkçi aktrisa: Gillian Anderson (The Crown) 

Mini serial janrında ən yaxşı aktrisa: Anya Taylor-Joy (The Queen's Gambit)

Ən yaxşı TV filmi: The Queen's Gambit

Kino sahəsində ən yaxşı aktyor: Chadwick Boseman (Ma Rainey's Black Bottom) 

Kino sahəsində ən yaxşı rejissor: Chloé Zhao (Nomadland)

Ən yaxşı komediya aktyoru: Sacha Baron Cohen (Borat Subsequent Moviefilm) 

Dram janrında ən yaxşı film: Nomadland

Xəbər lenti