Xəzər Xəbər

Şoumen - Bircə əlimi tərpədim deyə, dua edirdim

Şoumen Mehmet Əli Ərbil yaşadığı çətin günlərdən danışıb.
Şou Biznes | 12:49 • 28 Fevral 2021
Şoumen - Bircə əlimi tərpədim deyə, dua edirdim

Şoumen Mehmet Əli Ərbil yaşadığı çətin günlərdən danışıb.

Aktyor xəstə olduğu ərəfədə hər gün dua etdiyini bildirib. Evinin vanna otağında yıxılıb başından zədə alan Ərbil aylarla xəstəxanada qalıb, bədənini hərəkət etdirə bilməyib.
 
O deyib ki, hazırda həmin günləri geridə qoymağın xoşbəxtliyini yaşayır:
 
"İlk günlər vəsiyyət yazmağı düşünürdüm. Sonra mənə psixoloq məsləhət gördülər. Dedi ki, kiməsə nəsə vermə, satma. Buradan sağlam çıxacaqsan. Bu dünyada insanın başına hər şey gələ bilər. Bu gün sağalmağım möcüzədir. Sadəcə, əlimi oynada bilmək üçün dua edirdim. İndi evdən çıxa bilmirəm. Dostlarım məni ziyarətə gəlirlər. Artıq gecə həyatım yoxdur"./Sfera.az

Xəbər lenti