Xəzər Xəbər

Sinan Akçılın toyu qalmaqala səbəb oldu

Sinan Akçılla keçmiş həyat yoldaşı Burcu Kıratlının toyu ilə bağlı müzakirələr davam edir.
Şou Biznes | 15:36 • 25 Fevral 2021
Sinan Akçılın toyu qalmaqala səbəb oldu

Fevralın 22-də ikinci dəfə ailə həyatı quran müğənni Sinan Akçılla keçmiş həyat yoldaşı Burcu Kıratlının toyu ilə bağlı müzakirələr davam edir.

XəzərXəbər axşam.az-a istinadən bildirir ki, Akçılın sənətçi həmkarı Işın Karaca Burcunun mərasimdə insanlarla oynayərkən paylaşdığı videosuna sərt reaksiya verib.

Belə ki, pandemiya dövründə təşkil edilən toy mərasimində heç bir izolyasiya qaydalarına əməl edilməməsi Işını özündən çıxarıb. O, sosial şəbəkə hesabında "Həyat başlayıb? Bizim xəbərimiz yoxdur? Bilib də, deməyən varsa küsərəm" sözlərini yazaraq cütlüyün müzakirələrə səbəb olan toyunu qınayıb.

Akçılın isə Karacanın kinayəli paylaşımına cavabı gecikməyib.

"Dostlar tərtəmiz suyu bulandırmağa çalışırlar. Toyumuza sadəcə 40 nəfər dəvət etdik. Hər kəs test nəticəsinə baxılaraq içəri buraxılıb. Pis insanlar sizə səslənirəm: buradan çörək qazana bilməyəcəksiniz"- deyə, Sinan, bildirib.

Xəbər lenti