Xəzər Xəbər

Aktyor "Harri Potter"in təsiri altında yaşayır

Denyl Redklif oynadığı obraz haqqında maraqlı açıqlamalar verib.
Şou Biznes | 11:45 • 22 Fevral 2021
Aktyor "Harri Potter"in təsiri altında yaşayır

12 yaşında "Harri Potter" filminə çəkilərək ulduz olan Denyl Redklif oynadığı obraz haqqında maraqlı açıqlamalar verib.

Aktyor “Empire” jurnalına müsahibəsi zamanı filmdə oynadığı rolun hələ də təsirindən çıxa bilmədiyini bildirib:

 “Harri Potter ilə olan bağımı hələ də qopara bilmirəm. Onu hazırda ifa etdiyim bütün rollarda hiss edirəm. Qazandığım məşhurluğuma görə şükr edirəm. Bu film və Harri obrazı mənə həyatdan nə istədiyimi öyrətdi. Əgər bu həyatdan nə  istədiyinizi tez öyrənirsinizsə, deməli şanslısınız”./Axşam.az 

Xəbər lenti