Xəzər Xəbər

Yaşadığı dəyişiklik hər kəsi ŞOKA SALDI - Əvvəl iş vermirdilər, indi hamı...

24 yaşlı amerikalı Meri Lvellen yaşadığı dəyişikliklə hər kəsi şoka salıb.
Şou Biznes | 19:25 • 20 Fevral 2021
Yaşadığı dəyişiklik hər kəsi ŞOKA SALDI - Əvvəl iş vermirdilər, indi hamı...

Çəkisi 111 kiloqrama qalxdıqdan sonra depressiya və tənəffüs çatışmazlığından əziyyət çəkməyə başlayan gənc qız həm sağlamlığını qazanmağa, həm də görünüşünü gözəlləşdirməyə qərar verib.

Universitetdən məzun olduqdan sonra iş tapa bilməyən gənc bu durumu dəyişdirməyə özündən başlayıb. Adətən hazır yeməklərə üstünlük verən və bunun sayəsində hər gün daha çox kökələn Meri aşağı karbohidrat və yüksək proteinli qidalanma rasionu sayəsində modelə çevrilib.

 

O, sağlam qidalanma ilə yanaşı idmana da başlayıb və ağırlıq qaldırmaqla məşğul olub.

1 ildən qısa müddətdə istədiyi çəkiyə və görünüşə qovuşan Meri indi onun kimi dəyişikliyə ehtiyac duyanlara sosial mediadan ilham olmağa çalışır./publika.az

Xəbər lenti