Xəzər Xəbər

Qərarsızlıq Ebru Gündeşi 75 minindən etdi

Şou Biznes | 16:23 • 11 Yanvar 2021
Qərarsızlıq Ebru Gündeşi 75 minindən etdi

Müğənni Ebru Gündeşin İstanbulun Kanlıca səmtindəki əkiz villasına etdirdiyi təmir uzun müddət müzakirələrə səbəb olub.


XəzərXəbər axşam.az-a istinadən bildirir ki, bundan sonra Kemerburgazda meşədə 13 milyon lirəyə aldığı bir villa alan sənətçi indi də yeni ev axtarışına çıxıb.


Bu dəfə Ebru kirayə ev axtarmağa başlayıb. Beykoz Konaklarında özünə ev tapan müğənni aylıq 75 minlərə (təxminən 17 min manat) razılaşıb. Pulu ödədikdən, imza atdıqdan sonra isə Gündeş fikrindən daşınıb. Beləcə, tələsik qərar vermək sənətçini 75 min lirəsindən edib. Pul geri qaytarılmayıb.

Xəbər lenti