Xəzər Xəbər

“The Beatles”ın mahnısının mətni hərracda bu qiymətə satıldı

Şou Biznes | 09:53 • 11 Aprel 2020
“The Beatles”ın mahnısının mətni hərracda bu qiymətə satıldı

ABŞ-ın "Julien ' s Auctions” hərrac evində "The Beatles” qrupunun Pol Makkartni tərəfindən yazılmış "Hey Jude” mahnısının mətni satılıb.

Bu barədə hərrac evinin rəsmi saytında məlumat verilir.

Adı mətbuata açıqlanmayan şəxs əlyazmanı 910 min dollara əldə edib. Saytda bildirilir ki, lotun ilkin qiyməti 140-180 min dollar idi.

Xatırladaq ki, "Hey Jude” mahnısı 1968-ci ildə yazılıb. O, 1989-cu ildə "İlin yazısı” və "İlin mahnısı” nominasiyalarında "Qremmi” musiqi mükafatına layiq görülüb./oxu.az

Xəbər lenti

Çox oxunanlar