Xəzər Xəbər

Hadisə Orhan Ölməzlə sevgilidir?

Şou Biznes | 14:44 • 14 Aprel 2019
Hadisə Orhan Ölməzlə sevgilidir?

Müğənni Hadisə ilə eşq yaşadığı söylənilən Orhan Ölməz iddialara cavab verib.

Müğənni radio proqramında özəl həyatı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Aparacının "Hadisə ilə eşq yaşadığınız doğrudurmu" sualına ifaçı "Hadisə mənim yerlimdir. O da Sivaslıdır. Onu çox gözəl və bacarıqlı bir xanım kimi görürəm. Şəxsi tanışlığımız yoxdur. Amma bir-birimizin gördüyü işləri bəyənirik” deyə, cavab verib.

Qeyd edək ki, "O səs Türkiyə" proqramının finalından sonra İnstaqram hesabında paylaşımları ilə izləyicilərinin diqqətini çəkən Hadisə son olaraq Ölməzin "Seni çok sevecegim" mahnısını hekayə bölümündə yerləşdirmişdi. Bəstəkarın paylaşıma ürək qoyması ağıllara sevgili olduqları fikrini gətirmişdi./axsam.az

Xəbər lenti