Xəzər Xəbər

Məşhur şoumenin vəziyyəti ağırdır

Şou Biznes | 15:31 • 23 Oktyabr 2018
Məşhur şoumenin vəziyyəti ağırdır
Türkiyəli məşhur şoumen Mehmet Ali Erbilin vəziyyəti ağırdır.

Bir neçə gün əvvəl evinin vanna otağına yıxılan Mehmet Ali Erbil xəstəxanaya yerləşdirilib və iki dəfə əməliyyat olunub. Hazırda xəstəxanada olan şoumenin vəziyyəti ağırdır. Bu barədə onun qızı Sezin Erbil məlumat verib. O deyib ki, atamın öz xəstəliyi də artdığı üçün vəziyyəti ağırdır, onun üçün dua edin.

Qeyd edək ki, şoumen uzun illərdir, "kaçış” sindromundan əziyyət çəkir. Bu, qan damarlarının çölünə su yığılması xəstəliyidir./AzNews.az

Xəbər lenti