Xəzər Xəbər

Məşhur türkiyəli aktyorun meyiti tapıldı

Şou Biznes | 16:25 • 30 Sentyabr 2018
Məşhur türkiyəli aktyorun meyiti tapıldı

Türkiyədə bir gündə iki sevilən aktyor həyatını itirib. Yaxın saatlarda məşhur aktyor, "Yeşilcam" filmlərinin unudulmaz siması Kamal İnci 85 aşında yaşadığı evdə vəfat edib.

Bu barədə aktyorun ailə yaxınları sosial şəbəkə üzərindən məlumat yayıb. Məlumata görə 85 yaşlı aktyor uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparıb. Lakin anidən keçirdiyi infarkt nəticəsində onu yenidən həyata qaytarmaq mümkün olmayıb.

Aktyorun İzmirdə torpağa tapşırılacağı bildirilib.

Kamal İnci "Düyün Dərnək" "Kabadayı" , "Hokkabaz" və bir sıra başqa filmlərdə canlandırdığı obrazlarla sevənlərinin qəlbinə yol tapıb. Aktyor Türk kinosunun canlı əfsanələri olan Türkan Şoray və Şener Şən ilə eyni filmlərdə oynayıb.

Xəbər lenti