Xəzər Xəbər

Ancelina Coli - Bred Bitt evliliyi bitir

Şou Biznes | 10:27 • 8 Dekabr 2017
Ancelina Coli - Bred Bitt evliliyi bitir

Dünyanın ən ünlü cütlüyü Ancelina Coili və Bred Pitt xeyli vaxtdır ki, ayrılmaq qərarı veriblər.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, onlar hazırda boşanma prosesini yaşayırlar.

Görünür, ayrılma qərarı cütlük üçün elə də asan olmayacaq. Belə ki, Ancelina Coli evliliklərinə daha bir şans vermək üçün "Həyatın sahilində” adlı filmə birgə çəkildiklərini söyləyib.

Bred Pitt də eyni etirafı edərək, 2015-ci ildən kinoteatrlarda göstərilən bu filmin həyatları üçün bir şans olduğunu etiraf edib.

Lakin yaxınlarının dediyinə görə, 12 illik evliliyi artıq heç nə xilas edə bilməyəcək.

Xəbər lenti