Türkiyənin məşhur
aktrisası Neslihan Atagül "Altın Kələbək" müsabiqəsində iştirak edəcək
müğənnilərə dəstək məqsədilə Bakıya gəlir.
Bu il Azərbaycan ilk dəfə olaraq "Altın Kelebek
Mükafatları”nda iştirak edəcək. Ölkəmiz "Azərbaycanın ən parlaq ulduzu”
kateqoriyasında təmsil olunur. Bu kateqoriyaya namizədlər Röya, Miri
Yusif və Nigar Camaldır.
Saçları ilə göz qamaşdıran Neslihan Atagül də "Altın Kelebek Mükafatları” çərçivəsində 3 noyabrda Bakıda təşkil olunacaq "Möcüzə gecəsi” adlı tədbirə namizəd olan müğənnilərə dəstək üçün qatılacaq.
Tədbirdə
xanımları Röya, Miri Yusif, Nigar Camalla yanaşı digər ulduzların və
djlərin konserti, müxtəlif şou proqramlar, saç/vizaj stilistlərinin
məsləhətləri və digər sürprizlər gözləyir.
Qeyd edək ki, "Möcüzə Gecəsi”-də ancaq xanımlar iştirak edə biləcəklər.