Xəzər Xəbər

Mingəçevirdə çayda iki qayıq toqquşub, xəsarət alanlar var

Region | 17:08 • 5 İyul 2025
Mingəçevirdə çayda iki qayıq toqquşub, xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib. 

Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar