Xəzər Xəbər

Sabirabadda evdə yanğın zamanı ölənlərin şəxsiyyəti məlum olub YENİLƏNİB

Region | 08:50 • 4 İyun 2025
Sabirabadda evdə yanğın zamanı ölənlərin şəxsiyyəti məlum olub

Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın zamanı ölənlərin şəxsiyyəti məlum olub.

Xezerxeber.az xəbər verir ki, Sabirabad rayonunun Muğan Gəncəli kənd sakini, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızına məxsus, ümumi sahəsi 240 kv. metr olan fərdi yaşayış evi yanıb.

Hadisə zamanı ev sahibinin oğlu, 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, gəlini, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, nəvələri, 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı ölüb.

08:14

Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin informasiya daxil olub.

Xezerxeber.az xəbər verir ki, məlumatla əlaqədar müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunub. İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.

Yanğın söndürülüb, ətrafdakı tikililər yanğından mühafizə olunub.

 

Xəbər lenti