Xəzər Xəbər

Sabirabadda ağır yol qəzası baş verib FOTO

Region | 21:14 • 22 May 2025
Sabirabadda ağır yol qəzası baş verib

Sabirabad rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Xezerxeber.az xəbər verir ki, hadisə axşam saatlarında Sabirabad-Şirvan yolunun Şıxsalahlı kəndindən keçən hissəsində qeydə alınıb. Ağaqulu Əlisa oğlu Zeynalovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil və Eldar İsrafil oğlu Babayevin sükan arxasında olduğu “Opel” markalı minik maşını toqquşub. Hadisə zamanı “VAZ” markalı avtomobildə olan sərnişin Əlikram Mahir oğlu Abdullayev ölüb. Hər iki sürücü və “Opel” maşınında olan iki nəfər sərnişin xəsarət alıb. Yaralılar Sabirabad rayon və Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti