Xəzər Xəbər

Xaçmazda avtomobil məktəblini vuraraq öldürüb

Region | 17:13 • 14 May 2025
Xaçmazda avtomobil məktəblini vuraraq öldürüb

Mayın 14-də Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, minik avtomobili yolu keçən piyada Turan Məcidovu vurub.

Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində ölüb. Qəzada ölən yeniyetmə Xaçmaz rayon Nərəcan kənd tam orta məktəbinin 11-ci sinfində təhsil alırdı.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti