Xəzər Xəbər

Gəncədə insan alveri qurbanlarına sığınacaq tikilə bilər

Region | 11:44 • 13 May 2025
Gəncədə insan alveri qurbanlarına sığınacaq tikilə bilər

Gəncədə insan alveri qurbanlarına sığınacaq tikilməsi üçün ərazinin ayrılması ilə bağlı müraciət edilib.

Xezerxeber.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təqdim edərkən deyib.

Onun sözlərinə görə, insan alveri qurbanlarının yerləşdirilməsi üçün sığınacaqların Bakıda olması çətinliklər yaradır:

“Ona görə də regionlarda sığınacaqların artırılması üçün işlər aparılır”.

Xəbər lenti