Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı qətlə yetirməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Xezerxeber.az-ın xəbərinə görə, faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
11:32
Tərtərdə qətl hadisəsi baş verib.
Xezerxeber.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Poladlı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini gəlinini qətlə yetirib.
Faktla bağlı araşdırma aparılır.
APA-nın əldə etdiyi məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. Hadisəni törədən şəxsin kənd sakini Şəhriyar Hüseynov olduğu bildirilir.