Kür çayında suyun səviyyəsinin qalxması Kürdəmir rayonunun kəndlərində fəsadlara səbəb olub. Fəsadlar əsasən Kürqırağı yerləşən yaşayış məntəqələrində yaranıb.
Xezerxeber.az-ın sakinlərdən əldə etdiyi məlumata görə, Kür çayı daşaraq rayonun Sovla kəndində əkin sahələrinə dolub.
Çayda suyun səviyyəsinin artması nəticəsində həmçinin Köhünlü kəndində isə qrunt suları təsərrüfatları basıb.
Qeyd edək ki, bir neçə gündür yağan intensiv yağışlar səbəbindən Kür çayında suyun səviyyəsi artıb. Nəticədə Sabirabad, Salyan və digər Kürətrafı yerləşən rayonların kəndlərində də qrunt sularının qalxmasına səbəb olduğu barədə məlumatlar var.
Atif