Xəzər Xəbər

Köç karvanı Sarıcalı kəndinə çatıb FOTO

Region | 14:15 • 30 Aprel 2025
Köç karvanı Sarıcalı kəndinə çatıb

Aprelin 30-da doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu mərhələdə köçürülən 158 nəfərdən ibarət 35 ailəyə yeni tikilmiş evlərinin açarları təqdim olunub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti