Aprelin 2-də Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada ölüb.
Xezerxeber.az xəbər verir ki, hadisə Sabirabad şəhəri Muğan prospektində qeydə alınıb.
Yolu keçmək istəyən piyada qəza zamanı aldığı xəsarətlər nəticəsində ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli rayon sakini Samir Hacıyev idarə etdiyi "Ford" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, 1976-cı il təvəllüdlü R.Əliyevanı vurub. Sonuncu aldığı xəsarətdən ölüb. Faktla bağlı araşdırma aparılır.