Xəzər Xəbər

Şamaxıda mikroavtobus qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb

Region | 08:52 • 26 Aprel 2025
Şamaxıda mikroavtobus qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb

Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Xezerxeber.az  xəbər verir ki, nəticədə mikroavtobusdakı sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib.

Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb.

Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol- nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

Xəbər lenti