Şabranda evi yararsız hala düşən sakinə müvəqqəti yaşayış məqsədilə çadır qurulub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, nazirliyə Şabran rayonunun Padar kənd sakini İsmixanov Sərxan Hacıbala oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.