"Bir nəfər oğlan mənim qızımla şərik işləyib. Oğlanın külli miqdarda borcu var, tutublar. Tuturlar, 5 gündən, 10 gündən sonra buraxırlar. Oğlan qızıma deyib ki, sən evi satmalı və pulunu mənə verməlisən. Mən bu vəziyyətdən çıxmalıyam. Hadisə buna görə olub".
Xezerxeber.az xəbər verir ki, bu fikirləri mərhumun anası Firəngiz Məmmədova deyib.
Qeyd edək ki, Lənkəranda bıçaqlanan 41 yaşlı qadın ölüb.
Xezerxeber.az xəbər verir ki, hadisə ötən gecə saatlarında Lənkəran şəhəri ərazisində baş verib.
Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Günel Allahverdi qızı Tahirova döş qəfəsinin divarının çoxsaylı yaraları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Çoxlu qan itirən G.Tahirova dərhal əməliyyata alınıb. Həkimlərin səylərinə baxmayaraq, o, əməliyyat zamanı ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1979-cu il təvəllüdlü İman Rövşən oğlu Tahirov könüllü şəkildə polisə təslim olub.
İlkin məlumata görə, qadın yoldaşı tərəfindən ailə münaqişəsi zəminində bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.