Xəzər Xəbər

Magistral yolda məhdudiyyət tətbiq edilir FOTO

Region | 11:50 • 7 Mart 2025
Magistral yolda məhdudiyyət tətbiq edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına əsasən, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar martın 6-dan başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil edilir.

Baş Dövlət Yol Polisi İdarəsindən Xezerxeber.az-a bildiriblər ki, hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun həmin hissəsində daha diqqətli olmaq, müvəqqəti yol nişanlarının tələblərinə qeyd-şərtsiz əməl etmək, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinmək xahiş olunur.

Xəbər lenti