Xəzər Xəbər

Prokurorluq Masallıda 30 yaşlı qadının ölümü ilə bağlı araşdırma aparır

Region | 16:44 • 11 Yanvar 2025
Prokurorluq Masallıda 30 yaşlı qadının ölümü ilə bağlı araşdırma aparır

Masallı rayonu Babaser kənd sakini 1995-ci il təvəlllüdlü Ağayeva Dünya Güləbala qızı 04.01.2025-ci il tarixdə dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diqanozu ilə Masallı RMX PHŞ-in reanimasiya şöbəsinə daxil olmuş, göstərilən tibbi yardımlara baxmayaraq D.Ağayeva 10.01.2025-ci il tarixdə saat 10 radələrində müalicə aldığı xəstəxanada ölüb.

Xezerxeber.az bildirir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

İntensiv yağış yağacaq
16:29 • 17 Yanvar 2025