Xəzər Xəbər

Masallıda kafe yanıb

Region | 11:45 • 5 Yanvar 2025
Masallıda kafe yanıb

Masallıda kafedə yanğın baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Masallı şəhərində ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli obyektin birinci mərtəbəsində sahəsi 180 m² olan kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar 105 m² sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti