Xəzər Xəbər

Qubada avtomobil ağaca çırpılıb, sürücü ölüb

Region | 08:50 • 29 May 2024
Qubada avtomobil ağaca çırpılıb, sürücü ölüb

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, mayın 28-i axşam saatlarında Quba-Xaçmaz yolunun 10-cu kilometrliyində Quba rayon sakini, İlham Dadaşov idarə etdiyi "Hyundai" markalı avtomobillə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

İ.Dadaşov aldığı xəsarətlərdən Quba Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024