Xəzər Xəbər

Beyləqanda avtobus kanala aşıb, xəsarət alanlar var YENİLƏNİB

Region | 12:36 • 8 Aprel 2024
Beyləqanda avtobus kanala aşıb, xəsarət alanlar var

Aprelin 8-də saat 08:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Xezerxeber.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır. Onlardan 18-sində bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb.

2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

11:51

Bu gün Beyləqan rayonunda ağır yol qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, rayonun Şəfəq qəsəbəsi ərazisində “İSUZU” markalı avtobus sürücünün idarəetməsindən çıxaraq su kanalına aşıb. Qəza nəticəsində xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

DİN-nin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı xəbəri təsdiq edib.

Faktla bağlı Beyləqan RPŞ-da araşdırma aparılır.

Qeyd edək ki, avtobus Zəngilandakı tikinti işlərinə cəlb olunan fəhlələri daşıyırmış.

Xəbər lenti