Xəzər Xəbər

Yevlaxda 24 yaşlı oğlan öldürülüb

Region | 09:11 • 7 Aprel 2024
Yevlaxda 24 yaşlı oğlan öldürülüb

Aprelin 7-də saat 03 radələrində Yevlax rayonun Əkşəm kəndi ərazisində 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata görə, hadisə tərəflər arasında şəxsi münasibətlər zəminində yaranan münaqişə səbəbindən baş verib.

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar