Xəzər Xəbər

İmişli sakini ocaqda yanaraq ölüb

Region | 15:49 • 2 Mart 2024
İmişli sakini ocaqda yanaraq ölüb

İmişlidə epilepsiya xəstəsi olan şəxs tonqalın üzərinə yıxılıb və yanaraq ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə günorta saatlarında R.Məmmədov küçəsində qeydə alınıb.

İmişli şəhər sakini 1984-cü il təvəllüdlü İbişov Pünhan Hafiz oğlu sözügedən küçədə yol kənarında tonqal qalayıb. O, epileptik tutma nəticəsində tonqalın üzərinə yıxılıb və yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024