Xəzər Xəbər

Prokurorluq Yevlaxdakı qətllə bağlı məlumat yaydı

Region | 09:21 • 2 Mart 2024
Prokurorluq Yevlaxdakı qətllə bağlı məlumat yaydı

Martın 2-də saat 03 radələrində Yevlax şəhərində yerləşən fərdi yaşayış evlərindən birində 1987-ci il təvəllüdlü Laləzar Bəkirovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax Rayon Prokurorluğundan Xezerxeber.az-a bildiriblər ki, ilkin araşdırmalarla 1986-cı il təvəllüdlü Həsrət Bəkirovun ailə münasibətləri zəminində arvadı Laləzar Bəkirovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Həsrət Bəkirov könüllü təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla əlaqədar Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024