Xəzər Xəbər

Göyçayda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Region | 08:56 • 12 Fevral 2024
Göyçayda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Göyçay rayonunun Cəyirli kəndində avtomobil yolu keçən piyadanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Xezerxeber.az-a bildirilib ki, fevralın 11-i saat 19 radələrində kənd ərazisində Famil Atakişiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yolu keçən piyada, 1983-cü il təvəllüdlü Göyçək İsgəndərovanı vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024