Xəzər Xəbər

Masallının qaz təchizatında məhdudiyyət yaranacaq

Region | 18:13 • 11 Fevral 2024
Masallının qaz təchizatında məhdudiyyət yaranacaq

Masallıda sabah 1800 abonentin qaz təchizatında məhdudiyyət yaranacaq. 

Xezerxeber.az-ın məlumatına görə, Masallı rayonu Bambaşı kəndində diametri 219 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasını aradan qaldırılması məqsədilə Bambaşı, Böyük Xocavar, Yeyənkənd və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1 800 abonentin qaz təchizatı sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır. 

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik tədbirlərinə riayət etməyinizi sizdən xahiş olunur.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024