Xəzər Xəbər

Balakəndə baş verən qəzada ölənlərin şəxsiyyəti bəlli olub YENİLƏNİB

Region | 20:01 • 29 Noyabr 2023
Balakəndə baş verən qəzada ölənlərin şəxsiyyəti bəlli olub

Balakəndə baş verən qəzada ölənlərin şəxsiyyəti bəlli olub.

Xezerxeber.az xəbər verir ki, İlkin Hetayevin idarə etdiyi avtomobildə ölən sərnişin Şərif kənd sakini 1974-cü il təvəllüdlü Elayev Şaban Cuma oğlu, Hafiz İsmayılovun idarə etdiyi avtomobildə ölən sərnişin isə Hənifə kənd sakini 1997-ci il təvəllüdlü İsmayılova Günay Rövşən qızıdır.

19:16

Noyabrın 29-u saat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, hadisə nəticəsində hər avtomobildə biri olmaqla iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024