Xəzər Xəbər

Quba, Qusar və Xızı rayonlarına qar yağıb

Region | 09:06 • 28 Noyabr 2023
Quba, Qusar və Xızı rayonlarına qar yağıb

Noyabrın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Xezerxeber.az-a bildiriblər ki, ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərinə yağıb. Burada qarın hündürlüyü 14 santimetrə çatır. Region üzrə ən aşağı temperatur (-8,6) Qudyalçay – Xınalıq məntəqəsində qeydə alınıb.

Xızı rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 13, Qusarın Ləzə kəndində isə 12 sm-dir.

Quba və Qusarın rayon mərkəzlərində qar qeydə alınmayıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024