Xəzər Xəbər

Lənkəranda ağır yol qəzası baş verib FOTO

Region | 11:22 • 22 Noyabr 2023
Lənkəranda ağır yol qəzası baş verib

Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Hirkan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "KİA" markalı nəqliyyat vasitəsi, Lənkəran rayonunun Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Cümşüd Faiq oğlu Faiqzadənin idarə etdiyi motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü ağır bədən xəsarətləri alıb.

Əraziyə çağırılan Təcili Tibbi Yardım avtomobili ilə yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Avtomobildə ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, C.Faiqzadə yolda həyatını itirib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024