Xəzər Xəbər

İki rayonun qaz təchizatında məhdudiyyət olacaq

“Azəriqaz” məlumat yayıb
Region | 09:25 • 22 Noyabr 2023
İki rayonun qaz təchizatında məhdudiyyət olacaq

Bu gün Ağdaş və Göyçay rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. 

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərinin 162,4-cü km-də və 147,5-ci km-də görüləcək təmir işləri ilə əlaqədar “Şəmsəbad 2-ci xətt” və “Göyçay-3” ölçü qovşaqlarından 22.11.2023-cü il saat 09:00-dan üç gün müddətində qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə (22-24 noyabr tarixləri) Ağdaş rayon mərkəzi daxil olmaqla rayonun Kükəl, Hüşün, Ərəb, Aral-1, Aral-2, Xosrov, Şəmsabad, Tofiqi, Qarağan Sədi, Qarağan Şıxlar, Əmirmahmud, Bulaqotağı, Yuxarı Qəsil, Aşağı Qəsil, Orta Qəsil, Gülbəndə, Bəylik, Şordəhnə, Qarağan Saatlı və Sadavat kəndlərinin, həmçinin Göyçay rayonunun Mirzəhüseynli, Ərəbcəbirli, Şəhadət, Qarabağlar, Hüngütlü, Mallı-Şıxlı, Xəlitli, Çərəcə, Müskürlü, Qəbələ-Müskürlü, Yeniarx, Çərəkə, Şıxlar və Ərəbşahverdi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024