Xəzər Xəbər

“Laçın” keçidində iki aydır gözləyən "yardım" karvanı Ermənistana qayıdır VİDEO

Region | 14:28 • 24 Sentyabr 2023
“Laçın” keçidində iki aydır gözləyən "yardım" karvanı Ermənistana qayıdır

İki aydır ki, Laçınla sərhəddə gözləyən "Spayka" "yardım" maşınları Ermənistana geri qayıdır.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı görüntülər yayılıb. 

Xatırladaq ki, Ermənistan Azərbaycanın razılığı olmadan bu il iyulun 26-da Qarabağda yaşayan erməni əhali üçün “Spayka" şirkətinə məxsus avtomobillərdə "yardım" göndərməyə cəhd edib.

Lakin avtomobillər Laçınla sərhəddən buraxılmayıb. Həmin vaxtdan bəri 19 TIR 400 tonluq "humanitar yardım"la ərazidə gözləyirdi.

Nəhayət, avtomobil karvanı iki aylıq gözləmədən sonra bu gün Ermənistana geri qayıtmalı olub.

Xezerxeber.az mövzu ilə bağlı videogörüntünü təqdim edir: 

 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024