Xəzər Xəbər

Astarada bir neçə kəndi birləşdirən yolda uçqun baş verib

Region | 13:07 • 19 Sentyabr 2023
Astarada bir neçə kəndi birləşdirən yolda uçqun baş verib

Ötən gün axşam Astara rayonunun Şağlazüzə kəndində yol uçqunu baş verib, Siyokəş kəndinə gedən körpü dağılıb.

Xezerxeber.az xəbər verir ki, sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törədib.

Pensər- Şağlazüzə-Şamətük kəndlərini birləşdirən yol çöküb, nəqliyyatın hərəkəti dayanıb. Şağlazüzə-Siyokəş yolunu birləşdirən körpü də dağılıb.

Körpü və yolların dağılmasına görə şagirdlərin məktəbə gediş-gəlişi çətinləşib.

Xəbər lenti

Çox oxunanlar