Xəzər Xəbər

Laçında qəzada həlak olanlar “Azərenerji” ASC-nin əməkdaşları deyil AÇIQLAMA/YENİLƏNİB

Region | 11:27 • 19 Sentyabr 2023
Laçında qəzada həlak olanlar “Azərenerji” ASC-nin əməkdaşları deyil

Bu gün, saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlunun ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olduğu və onların “AzərEnerji” ASC-nin əməkdaşı olmaları barədə məlumatlar yayılıb.

“AzərEnerji” ASC-dən Xezerxeber.az-a verilən məlumata görə, hadisə nəticəsində həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.

09:59

Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu, Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan Xezerxeber.az-a bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər. 

Araşdırma aparılır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024