Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yoxlama tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı avtomobillərində əlavə konstruksiya dəyişikliyi edən sürücülər saxlanılaraq barələrində müvafiq qaydada tədbirlər görülüb. Həmin sürücülərlə profilaktiki söhbətlər aparılıb, törətdikləri qayda pozuntusu izah olunub. Sürücülərdən biri isə polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb. Həmin şəxs polis şöbəsinə dəvət edilib və barəsində inzibati qaydada protokol tərtib olunub. Onun barəsində toplanmış materiala hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və qərara əsasən inzibati həbs tənbeh tədbiri tətbiq olunub.