Xəzər Xəbər

Qubaya dolu yağıb FAKTİKİ HAVA

Region | 22:42 • 4 İyun 2023
Qubaya dolu yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 4-ü saat 21:00-a olan məlumatına əsasən, Ceyrançöl, Daşkəsən, Gədəbəy, Quba, Göygöl, Ağdam, Tovuz, Ağstafa, Yevlax, Gəncə, Şəmkir, Qrız, Quba, Qusar, Tərtər, Naxçıvanda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Quba rayonunun Qudyalçay-Qımıl məntəqəsinə saat 20:28-20:32 radələrində xırda dənəli dolu düşüb.

Çaylarda nisbətən sabit sululuq müşahidə olunub.

Xəbər lenti