Xəzər Xəbər

Qusarda ağır yol qəzası baş verib

Region | 13:04 • 4 İyun 2023
Qusarda ağır yol qəzası baş verib

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Çiləgir kəndi ərazisində qeydə alınıb. “Vaz 2106” və “Vaz 2107” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti