Xəzər Xəbər

Azad edilmiş ərazilərdə daha 609 mina aşkarlanıb

Region | 13:13 • 27 Mart 2023
Azad edilmiş ərazilərdə daha 609 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həftəlik görülən işlərlə bağlı məlumat yayıb

ANAMA-dan Xezerxeber.az-a verilən məlumata görə, martın 13-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 209, tank əleyhinə 400 mina və 469 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

1126 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Xəbər lenti