Xəzər Xəbər

Mingəçevirdə 90 yaşlı kişi itkin düşüb FOTO

Region | 12:33 • 22 Mart 2023
Mingəçevirdə 90 yaşlı kişi itkin düşüb

Mingəçevirdə itkin düşən 90 yaşlı kişi axtarılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlu martın 16-sı səhər saatlarında yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Onu tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050)793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Xəbər lenti