Xəzər Xəbər

Biləsüvarda qəza olub, xəsarət alanlar var

Region | 15:50 • 17 Mart 2023
Biləsüvarda qəza olub, xəsarət alanlar var

Biləsuvar rayonunda yol qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı TIR ilə "VAZ 2107" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti