Xəzər Xəbər

Ağdamda iki nəfər mina partlayışında həlak olub

Region | 13:12 • 16 Mart 2023
Ağdamda iki nəfər mina partlayışında həlak olub

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.

Bu barədə Xezerxeber.az-a DİN-in mətbuat xidmətindən bildirilib. Həlak olanların 1999-cu il təvəllüdlü İsrail İbrahim oğlu Həsənov və 1987-ci il təvəllüdlü Amid Hüseyn oğlu Həsənov olduğu bildirilir. Onlar heyvan otararkən minaya düşüblər.

Fakt üzrə rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti